Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi.
Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq.
Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik.
Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb. Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.[1] Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür [2].